Xəsarət alan bələdçilər “Rəşadət” ordeni ilə təltif edildi

AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində xəsarət alan ekipaj üzvləri – Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Viral.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.