İranda növbədənkənar prezident seçkilərində 6 namizəd mübarizə aparacaq.
Viral.az-ın xəbərinə görə, bu barədə “Tasnim” məlumat yayıb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Həmin namizədlər İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf, Tehranın meri Əlirza Zəkani, İran Ali Rəhbərinin İran İslam Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, o cümlədən Əmir Hüseyn Qazizadə Haşimi, Mustafa Purməhəmmədi, və Məsud Pezeşkiandır.
Parlamentin keçmiş spikeri Əli Laricani, keçmiş prezident Mahmud Əhmədinejad, keçmiş vitse-prezident İshaq Cahangiri, yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaşın növbədənkənar seçkilərdə namizədliyi təsdiq edilməyib.
Qeyd edək ki, bu gün İran Konstitusiyasını Mühafizə Şurası prezident seçkilərində iştirak edəcək namizədlərin adlarını Daxili İşlər Nazirliyinə göndərib.
İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.