Ötən il Azərbaycanda 5 milyon 879 min 200 kiloqram mal-qara əti satılıb.
Viral.az Yeniavaz.com-a istinadla məlumat verir ki, satılan mal ətinin maya dəyəri 25 milyon 122 min 700 manat olub.
Açıqlanan rəsmi məlumatlara istinadən aparılan hesablama göstərir ki, 1 kiloqram mal ətinin maya dəyəri 4 manat 27 qəpik olub.
Son Yazılar:
- Mahir Emreli Almaniya klubunda məhsuldar ötürmə VERDİ
- Taleh Yüzbəyovun xanımı qəzaya düşdü – FOTO
- Ağalarovun Əminə ilə yeni görüntüsü – VİDEO
Məlumat üçün bildirək ki, mal ətinin maya dəyərinin ən yüksək olduğu rayon İsmayıllı rayonu olub. İsmayıllıda 1 kiloqram mal ətinin maya dəyəri 9 manat 58 qəpik təşkil edib.
Mal ətinin maya dəyərinin ən aşağı olduğu rayon isə Şəmkir rayonu olub. Bu rayonda 1 kiloqram mal ətinin maya dəyəri 2 manat 7 qəpik təşkil edib.
Onu da bildirək ki, ötən il işğaldan azad olunan rayonlar arasından yalnız Qubadlıda mal əti satışı olub və bu rayonda 1 kiloqram mal ətinin maya dəyəri 3 manat 24 qəpik təşkil edib.