Ötən gün Bakıda daha bir dəbdəbəli toy keçirilib.
Viral.az xəbər verir ki, gecənin səbəbkarları İsgəndər və Nuranə olub.
Cütlüyün toyunu Əməkdar artist Abbas Bağırov idarə edib. Aparıcılar isə Tural Əsədov və Leyla Quliyeva olub. Gecədə rusiyalı məşhur müğənni Leonid Aqutin, türk ifaçı Rafet El Roman, Xalq artistləri Alim Qasımov, Natiq Şirinov, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Röya Ayxan, reper Elşad Xose, müğənni Elnur Hüseynov səhnə alıb.
Son Yazılar:
- MİQ-ə sənəd verənlərin yaş aralığı – SİYAHI
- Dövlət başçısı iştirakçılara müraciət ETDİ
- Prezident bu əsəsnamədə dəyişiklik ETDİ
Qonaqlar sırasında Zaur və Günay cütlüyü, Murad Qulubəyli və başqaları olub.
Gecə dekoru və tərtibatı ilə də diqqət çəkib. Tədbirin təşkilatçısı Seva Sultan olub. Gəlinin makiyajı Anar Ağakişiyevə həvalə edilib.
Qeyd edək ki, Nuranə məşhur nevroloq Könül Hacıyevanın qızıdır. // olay.az