Cəlilabad rayonunda gənclər arasında dava bıçaqlanma ilə nəticələnib.
Viral.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndində baş verib.
Son Yazılar:
- İşdən çıxarılan icra başçısının müavini bələdiyyə üzvlüyünə namizədliyini veribmiş
- Aİ Ermənistan-Azərbaycan sərhədindəki missiyanın müddətini daha iki il uzada bilər
- Baş nazirin müavinlərinin sayı üç oldu
Belə ki, bir qrup kənd sakini olan gəncin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə kütləvi davaya gətirib çıxarıb.
Onların arasında kəsici-deşici vasitələrdən xəsarət alanlar olub. Belə ki, davada 2002-ci il təvəllüdlü Qiyasov Rəhim Rövşən oğlu və 2004-cü il təvəllüdlü Teymurov Elmir Namiq oğlu bıcaq xəsarətləri alaraq rayon xəstəxanasına aparılıb.
Əməli törətməkdə şübhəli bilinən 27 yaşlı E. Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Fakla bağlı araşdırma aparılır.