“Taliban” hərəkatının formalaşdırdığı Əfqanıstan hökumətinin nümayəndəsi Zəbihulla Mücahid Qərb ölkələrindən əfqanlara təzminat ödənilməsini tələb edib.
Viral.az TASS-a istinadən xəbər verir ki, bu barədə “ToloNews” telekanalı məlumat yayıb.
Mücahidin sözlərinə görə, Qərb ölkələri ölkənin hərbi işğalı zamanı vəhşilik və cinayətlərlə üzləşən əfqanlara kompensasiya ödəməlidir. O vurğulayıb ki, “Taliban” hökumətinin müvafiq orqanları Əfqanıstanın bütün zərərçəkmiş sakinlərinin hüquqlarının qorunmasına nail olacaq.
Son Yazılar:
- Efirdə halı pisləşən Zaur təcili xəstəxanaya yerləşdirildi – Video
- Bələdiyyə seçkilərində ən yaşlı qadın namizəd məşhur pambıqçı imiş
- Los-Ancelesdəki meşə yanğınları necə baş verdi?
Böyük Britaniya hərbçilərinin törətdikləri cinayətlərin araşdırılmasına münasibət bildirən hökumət nümayəndəsi ölkələrin hərbi cinayətləri qəsdən törətdiklərini deyib.
Böyük Britaniya hərbçilərinin 2010-2013-cü illərdə Əfqanıstanda törətdiyi ehtimal olunan hərbi cinayətlərin araşdırılmasına 2023-cü ildə BBC yayım korporasiyasının onlarla insana divan tutulması barədə məlumat verməsindən sonra başlanılıb. İstintaq Birləşmiş Krallığın hərbi-siyasi rəhbərliyinin 10 ildən artıq müddətdə Əfqanıstanda məhkəmədənkənar edamları gizlədib-gizlətmədiyini müəyyən etməlidir.