“Bildiyiniz kimi, COVİD19 pandemiyası başladığı dövrdə ölkə ərazisində yataq tipli qatarların fəaliyyəti dayandırılmışdı. Uzun fasilədən sonra ilk olaraq Bakı-Balakən marşrutu üzrə yataq tipli qatarların fəaliyyəti bərpa olunur. Marşrutun uzunluğu 456 km-dir. Başlanğıc və son dayanacaq nəzərə alınmaqla 11 stansiya və dayanacaqdan ibarətdir. Qatarlar hər gün həm Bakıdan, həm də Balakəndən əks istiqamətdə fəaliyyətdə olacaqlar”.
Viral.az xəbər verir ki, bunu APA-ya açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
O qeyd edib ki, bu marşrutun bərpa olunması üçün “Azərbaycan Dəmir Yolları” QSC 6 aydan çoxdur ki, hazırlıq işləri görüb:
Son Yazılar:
- Pezeşkian Putinlə görüşə GEDİR
- “İlin ən yaxşı universitet sözçüsü” sorğusunun qalibləri AÇIQLANDI
- SOCAR bu dənizçiləri təxliyə ETDİ
“Bura yol infrastrukturunun təmiri və sağlamlaşdırılması, marşrut üzrə dayanacaqların təmiri, həmçinin vaqon parkının texniki təmiri aiddir. Bu marşrutunun bərpa olunması üçün “Azərbaycan Dəmir Yolları” QSC 100-dən artıq iş yeri açmışdır. Həmin vəzifələr üzrə işçilər artıq işə götürülüb”.