Ermənistanın milli qəhrəmanı həbs EDİLDİ

Ermənistanın milli qəhrəmanı həbs EDİLDİ

Ermənistanın milli qəhrəmanı, general-mayor Tiran Xaçatryan həbs edilib.

Viral.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, onun həbsi İkinci Qarabağ müharibəsi ilə bağlıdır.

Bu barədə Tiran Xaçatryanın vəkili Varazdat Arutyunyan məlumat yayıb.

Son Yazılar:

Maraqlıdır ki, Xaçatryan milli qəhrəman adını müharibənin ən qızğın vaxtında, 2020-ci ilin oktyabrında alıb və bu adı ona Baş nazir Nikol Paşinyan verib. Lakin sonradan general gözdən düşüb və 2021-ci ilin fevralında vəzifəsindən uzaqlaşdırılıb. Buna səbəb Xaçatryanın Paşinyanın “İsgəndər” raketləri ilə bağlı bəyanatına cavab olaraq ironik açıqlamaları olub. General dəfələrlə hakimiyyətin siyasətinə tənqidi qiymətlər verib.

Xəbərləri WhatsApp kanalımızdan oxu