Ulyanovsk və Samara hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.
Viral.az xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.
“Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün Ulyanovsk (Baratayevka) hava limanında Moskva vaxtı ilə saat 13:40-dan (Bakı vaxtı ilə 14:40) və Samara (Kurumoç) hava limanında Moskva vaxtı ilə saat 14:00-dan (Bakı vaxtı ilə 15:00) təyyarələrinin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, – məlumatda qeyd olunub.
Son Yazılar:
- ASDP Şoltsu kansler vəzifəsinə namizədliyini TƏSDİQLƏDİ
- Avropa İttifaqı biznes üçün cəlbediciliyini İTİRİR
- “Ordu” “Quba” üzərində qələbə QAZANDI
Bundan əvvəl Saratov hava limanında məhdudiyyətlərin tətbiq olunduğu bildirilirdi.
Qeyd edək ki, səhər saatlarında da Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilmişdi.