Şoltsdan Trampa CAVAB

Şoltsdan Trampa CAVAB

Almaniya Kansleri Olaf Şolts ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa dövlət sərhədlərinin toxunulmazlığı prinsipinə riayət edilməsinin vacibliyini yenidən xatırladıb.

Viral.az xəbər verir ki, bunu O.Şolts Berlində Almaniya Sosial Demokrat Partiyasının federal qurultayında çıxışı zamanı bildirib.

Məlumata görə, bu Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil edilməsi imkanına dair bəyanatlarla əlaqədardır.

Son Yazılar:

Onun sözlərinə görə, sərhədlərin toxunulmazlığı prinsipi hər bir ölkəyə şamil edilir: “Bu prinsipə hər bir dövlət riayət etməlidir. Sərhədlərin toxunulmazlığı beynəlxalq hüququn başlıca prinsipidir. Heç bir kiçik ölkə böyük qonşusundan qorxmamalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərləri WhatsApp kanalımızdan oxu