Özbəkistanda gündə 10 000 addım atan vətəndaşları mükafatlandırılacaq.
Viral.az xəbər verir ki, bu barədə “Uz.Daily” nəşri yazıb.
Bildirilir ki, layihə “Ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyat ili”ndə “Özbəkistan-2030” strategiyası çərçivəsində nəzərdə tutulub.
Son Yazılar:
- Terror təhlükəsinin tam aradan qaldırılması üçün əlverişli şərait var
- Gəncədə sexdə yanğın baş VERDİ
- Dörd BÜRC həftənin sonunda cekpot qazanacaq
Ölkənin Ekologiya Nazirliyi və Rəqəmsal İnkişaf Nazirliyi 2025-ci il iyunun 1-dək fəaliyyətə başlayacaq aktiv həyat tərzinin təbliği üçün platforma yaradacaq. Yüksək nəticələr əldə edən şəxslər “ekoloji fəal vətəndaş” statusu alacaq, onlara dövlət xidmətlərində və kreditlərdə 10% endirim ediləcək.
Belə vətəndaşları olan ailələr arasında hər il lotereya keçiriləcək və 14 nəfər elektrik avtomobili veriləcək.