Üçqat dünya çempionu və 2020 Tokio Olimpiadasında 100 metr məsafəyə qaçışda gümüş medal qazanan sprinter Fred Kerli Cənubi Florida polisi ilə mübahisə zamanı həbs edilib.
Viral.az xəbər verir ki, idmançının davranışı ucbatından polis elektroşokerdən istifadə etməyə məcbur olub.
29 yaşlı Kerli məmurlarla yaxınlıqda park etdiyi avtomobili haqqında danışırmış. Mayami polisinin bəyanatına görə, idmançının davranışı getdikcə aqressivləşib. Kerlidən “ərazini tərk etməsi tələb olunduqdan” sonra o bununla razılaşmayıb. Polislər Kerlini həbs etməyə cəhd edərkən, o, müqavimət göstərib.
Son Yazılar:
- Kişi və qadın beyinləri fərqli imiş
- Bir çox ölkələr çörək əvəzinə bunu YEYİRLƏR
- Orqanizminiz laktoz qəbul ETMİR?
Qeyd edək ki, Kerli həbs olunarkən tanınmış idmançı olduğunu qeyd etməyib.