“Şifrəsiz “Wi-Fi”lara qoşulan zaman həm bank kartınızın məlumatları oğurlana, həm də telefon zəngləriniz dinlənilə bilər”.
Viral.az xəbər verir ki, bu sözləri “Xəzər Xəbər”ə müsahibəsində IKT mütəxəssisi Elvin Abbasov deyib.
Onun sözlərinə görə, ictimai “Wi-Fi” şəbəkələrində yeni hesabların yaradılması və qeydiyyatı təhlükəlidir. Çünki bu halda hakerlər şəxsi məlumatlarınızı əldə edirlər.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Ekspert bu kimi hallarla rastlaşmamaq üçün şifrəsiz girişi mümkün olan “Wi-Fi”lara qoşulmamağı məsləhət görür.
Çünki bu kimi hallarda bank kartı məlumatları oğurlanmaqla yanaşı, həm də telefon zəngləri də dinlənilə bilər.
Ekspertlər hesab edirlər ki, kiberhücumdan qorunmaq üçün proqram təminatını daim yeniləmək və ən son versiyadan istifadə etmək lazımdır.
Ətraflı videoda: