Qadın basketbol millisindən növbəti qələbə

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Avropa Kubokunun təsnifat mərhələsinin qalibi olub.

 

Viral.az xəbər verir ki, komandamız finalda Kipri 21:12 hesabı ilə məğlub edərək buna nail olub. Bununla da milli Avropa Kubokunun final mərhələsinə vəsiqəni təmin edib.

Son Yazılar:

 

Qeyd edək ki, Avropanın ən güclü 3×3 basketbol yığmaları 22-25 avqustda Avstriyanın paytaxtı Vyana şəhərində təşkil olunacaq Avropa Kubokunun oyunlarında iştirak edəcəklər.