Məcnun Məmmədov bu rayonda qəbul keçirəcək

Məcnun Məmmədov bu rayonda qəbul keçirəcək

Yanvarın 10-da, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Beyləqan, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

Viral.az bu barədə nazirliyə istinadla xəbər verir.

Məlumata görə, qəbulda iştirak etmək istəyənlər Beyləqan DAİM-ə (050-659-20-16) müraciət edə bilərlər.

Son Yazılar:

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.