Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərov (73 kq) və millinin baş məşqçisi Riçard Trautman Beynəlxalq Cüdo Federasiyasının (IJF) təşkil etdiyi sorğuda yüksək yerlərdə qərarlaşıb.
Viral.az IJF-nin rəsmi saytına istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilmiş Olimpiadada qızıl medal əldə edən Heydərov “İlin cüdoçusu” nominasiyasında ikinci sıradadır. Digər olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) yeddi idmançı arasında altıncıdır.
Yığmanın almaniyalı baş məşqçisi Riçard Trautman hazırda “İlin məşqçisi” üçün aparılan səsvermədə birincidir.
Son Yazılar:
- “Himayədarlarının da adlarını açıqlayacağam” – DSX mayoru
- Seçkilərdə neçə nəfərin namizədliyi qeydə alınıb? – AÇIQLAMA
- “Milad ağaclarını yeməyin” – Qəribə XƏBƏRDARLIQ
Qeyd edək ki, səsvermə yanvarın 10-da başa çatacaq.