İran italiyalı jurnalist azad ETDİ

İran italiyalı jurnalist azad ETDİ

İranda həbs edilən italiyalı jurnalist Sesiliya Sala azadlığa buraxılıb.

Viral.az xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Giorgia Meloni sosial media hesabında bildirib.

Onun sözlərinə görə, jurnalist azad edilib və İtaliyaya qayıdır:

Son Yazılar:

“Sesiliya Salanı Tehrandan vətənə gətirən təyyarə uçuşdadır. Diplomatik və kəşfiyyat kanallarında aparılan gərgin iş sayəsində həmyerlimiz İran hakimiyyəti tərəfindən azad edilib və İtaliyaya qayıdır. Mən şəxsən telefon danışığı zamanı jurnalistin valideynlərinə məlumat vermişəm. Sesiliyanın geri qayıtmasında, ailəsini və həmkarlarını yenidən qucaqlamağa imkan verən hər kəsə minnətdarlığımı bildirmək istəyirəm”.

Qeyd edək ki, italiyalı jurnalist Sesiliya Sala dekabrın 19-da İranda həbs edilib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir