Polis vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğulu İFŞA ETDİ

Polis vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğulu İFŞA ETDİ

Ağstafada polis vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğulu ifşa edib.

DİN-in Mətbuat Xidmətindən Viral.az-a verilən məlumata görə, sosial şəbəkələrdə naməlum şəxslərin bir nəfərə qarşı xuliqanlıqla işgəncə verməsini əks etdirən görüntülər yayılıb, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə görüntüdə əks olunan şəxslər müəyyən olunublar.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 53 yaşlı Şəmkir Nəsibov və onun oğlu 19 yaşlı Turan Nəsibli saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Son Yazılar:

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla həmin şəxslərə ittiham elan olunub və barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərləri WhatsApp kanalımızdan oxu