Ədalət Partiyasının sədri İlyas İsmayılov insult keçirib.
Viral.az-ın məlumatına görə, bu barədə “teleqraf.com”a sabiq baş prokurorun yaxın qohumu məlumat verib.
“İlyas bəy hazırda Mərkəzi Klinikada reanimasiya şöbəsində müalicə olunur. Artıq bir aya yaxındır ki, o xəstəxanadadır. İnsult keçirmişdi, indi nisbətən yaxşılaşır”, – deyə o əlavə edib.
Son Yazılar:
- Ukraynanın dövlət borcu ÜDM-nin 92%-nə ÇATDI
- Sosialist Əməyi Qəhrəmanı vəfat ETDİ
- Biləsuvarda ev quşları kütləvi şəkildə tələf OLDU
Qeyd edək ki, İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
O, 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.