ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın keçid komandası Panama kanalına nəzarəti Vaşinqtona qaytarmaq üçün hərbi gücdən istifadə variantını istisna edir.
Viral.az xəbər verir ki, bunu keçid komandanın nümayəndəsi bildirib.
Onun fikrincə, Trampın Panama kanalı ilə bağlı bəyanatları növbəti Amerika administrasiyasının bu mühüm infrastruktur obyektinə nəzarətin Çinin əlinə keçməsinin qarşısını almaq istəyi kimi qiymətləndirilməlidir.
Son Yazılar:
- Putin Trampın zəngini gözləyir – Peskov
- Bacısını incitdiyinə görə, yeznəsini öldürən şəxs cəzadan azad EDİLDİ
- İlyas İsmayılov xəstəxanaya YERLƏŞDİRİLDİ
Nümayəndə deyib ki, Tramp yalnız kanala məhdudiyyətsiz girişi saxlamaq və onun Çinin əlindən çıxmasını təmin etmək istəyir.
Xatırladaq ki, Tramp bu yaxınlarda Vaşinqtonun Panama kanalına nəzarəti qaytarmalı olduğunu bəyan etmiş, həmçinin Danimarka muxtariyyəti olan Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin tərəfdarı olduğunu söyləmişdi.