Naxçıvan şəhərinin Tumbul kəndi ərazisində hərbi sursat aşkar edilib.
Viral.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin birgə məlumatında qeyd olunub.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən Naxçıvan şəhəri, Tumbul kəndi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Son Yazılar:
- Ukraynadakı müharibə bu il aprelin sonuna qədər başa çata bilər
- Daha bir Premyer Liqa təmsilçisi baş məşqçisi ilə yollarını AYIRDI
- NATO ölkələri Ukraynaya tankların tədarükünü davam ETDİRƏCƏK
Məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.
Polis əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.
Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.