Ötən gün yenidən İrəvanda etiraz aksiyalarına başlayan keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda” hərəkatının iştirakçıları gecəni Baqramyan prospektində keçiriblər.
Viral.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, etirazçılar orada çoxlu çadırlar qurublar.
Arxiyepiskop Respublika meydanında keçirilən dünənki mitinqdə hərəkatın planları ilə bağlı 3 addım təqdim edib:
Son Yazılar:
- Türkiyə və Moldova enerji sahəsində əməkdaşlıq memorandumu imzaladılar
- Mahir Emreli Almaniya klubunda məhsuldar ötürmə VERDİ
- Taleh Yüzbəyovun xanımı qəzaya düşdü – FOTO
Birincisi, iyunun 11-də saat 16:30-da hökumətin istefasını gündəmə gətirmək üçün parlamentin müxalifətçi deputatları ilə görüş keçiriləcək.
İkincisi, parlamentdən növbədənkənar sessiyanın keçirilməsi barədə qərar qəbul etmək tələb olunacaq.
Üçüncüsü, xalqın tələbi əsasında parlament növbədənkənar iclasında hazırkı hökumətin istefasını və yeni hökumətin formalaşdırılması qərarla təsdiq etməlidir.