Polisə tabe olmayan sürücü həbs EDİLDİ

Polisə tabe olmayan sürücü həbs EDİLDİ

Qanunazidd əməllərini aqressiv davranışla ört-basdır etmək istəyən sürücü məsuliyyətə cəlb olunub.

Bu barədə Viral.az-a Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 9-cu taqımının əməkdaşları Şəmkir rayon sakini Rəfayel Əliyevə idarə etdiyi “VAZ” markalı avtomobildə konstruksiya dəyişikliyi etdiyi üçün “Saxla” işarəsi versə də, o, tabesizlik göstərərək hərəkətini davam etdirib.

Son Yazılar:

Görülən tədbirlərlə saxlanılan R.Əliyev araşdırma zamanı da məsuliyyətdən yaxa qurtarmaq məqsədilə süni gərginlik yaratmağa calışıb, YPX əməkdaşlarına tabesizlik göstərib. Aidiyyəti üzrə təhvil verilən R.Əliyev məhkəmənin qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-adekvat davranış nümayiş etdirməklə polisə təsir göstərmək niyyəti güdən bu kimi halların əbəs və yolverilməz olduğunu bir daha qeyd edir, qanunvericiliyin tələblərini pozan, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təhdid edən şəxslərə qarşı kəsərli tədbirlərin görüləcəyini bildirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərləri WhatsApp kanalımızdan oxu