Avropa Parlamentinə seçkilərdə ümumi seçicilərin 51 faizi iştirak edib.
Viral.az xəbər verir ki, Avropa İttifaqına (Aİ) üzv ölkələrin əksəriyyətində Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin üzvü olduğu Avropa Xalq Partiyası qalib gəlir.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Belə ki, Avropa Xalq Partiyası (Xristian Demokratlar) 186 yer (əvvəlki seçkilərlə müqayisədə 10 yer artıq ), Sosialistlərin və Demokratların Mütərəqqi Alyansı (Sosial Demokratlar) 133 (-6) yer, “Yeniləşən Avropa” (liberal partiyalar) 81 (-20) yer, Avropalı mühafizəkarlar və islahatçılar (Avroskeptiklər) – 70 (+1) yer, Kimlik və Demokratiya fraksiyasından olan partiyalar (millətçilər və avroskeptiklər) 60 (+11) yer, Yaşıllar-Avropa Azad Alyansı (Yaşıllar və Milli Azlıqlar) 53 (-18) yer, istiqlalçı deputatlar 50 (-12) yer, Avropa sol – 36 (-1) yer, digərləri (hələ fraksiyalara qoşulmayanlar) 50 yer qazanıblar.
Xanım fon der Leyen ifrat sağçı qüvvələrin uğurları fonunda partiyasının “sağ və solun ifratlarına qarşı qala quracağını” söyləyib.“Avropa Xalq Partiyası olmadan heç bir çoxluq yarana bilməz. Biz onları dayandıracağıq. Buna əmin olun”, – o deyib.
Fransa prezidenti Emmanuel Makron Avropa Parlamentinə seçkilərin nəticələrindən sonra ölkə parlamentini (Milli Assambleya) buraxıb və növbədənkənar parlament seçkiləri elan edib. Seçkilər iyunun 30-u və iyulun 7-nə planlaşdırılıb. Fransada Avropa Parlamentinə keçirilən seçkilərdə ifrat sağçı Milli Ralli partiyası öndədir.
Almaniyada Xristian Demokrat İttifaqı Avropa Parlamentinə seçkilərdə qalib gəlir (30,3%). İfrat sağçı “Almaniya üçün Alternativ” partiyası 15,9% səslə ikinci olub. Hazırkı kansler Olaf Şolsun partiyası 14%, hökumətdəki Yaşıllar 11,9% səs toplayıb.
Digər Avropa ölkələrində vəziyyət aşağıdakı kimidir:
Avstriyada Avstriya Azadlıq Partiyası qalib gəlir, kansler Karl Nehammerin Avstriya Xalq Partiyası ikinci, Sosial Demokratlar isə üçüncü yerdədir.
Macarıstanda Fides-Xristian Demokratik Xalq Partiyası qalib gəlib.
İspaniyada müxalifətdə olan sağçı Xalq Partiyası qalib gəlib. O, Avropa Parlamentində 22 yer, baş nazir Pedro Sançesin İspaniya Sosialist İşçi Partiyası isə 20 yer əldə edə bilər.
İtaliyada Baş nazir Giorgi Meloninin İtaliya qardaşları partiyası 26-30% səs toplaya bilər. Hökumət üzvləri olan Forza Italia və Liqa müvafiq olaraq 8,5-10,5%, 8-10% alıb. Müxalif Demokrat Partiyası və 5 Ulduz Hərəkatı müvafiq olaraq 21-25% və 10-14% səs toplaya bilər.
Slovakiyada qərbyönlü müxalifət partiyası “Tərəqqiçi Slovakiya” qalib gəlir və təxminən 28% səs toplaya bilər. Baş nazir Robert Fikonun Smer-SD partiyası təxminən 25% səs qazanacaq.
Sloveniyada keçmiş baş nazir Janez Yanşanın müxalifətdəki Sloveniya Demokratik Partiyası qalib gəlib. Onun partiyası 4 mandat, hakim Azadlıq Hərəkatı iki mandat ala bilər.
Bolqarıstanda aparıcı koalisiya Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar Partiyası və Demokratik Qüvvələr İttifaqıdır (hökumətin bir hissəsidir).
Kiprdə hakim sağ mərkəzçi partiya olan Demokratik Yığıncaq qalib gəlir.
Yunanıstanda hakim Yeni Demokratiya Partiyası qalib gəlir, lakin Baş nazir Kiriakos Mitsotakis 30%-dən aşağı nəticədən məmnun deyil.
Polşada hakim Vətəndaş Koalisiyası (38,2%) 40%-dən aşağı iştirakla qalib gəlir, müxalif Hüquq və Ədalət partiyası isə ikinci yerdədir (33,9%).
Çexiyada “Narazı vətəndaşların aksiyası” mərkəzçi müxalifət hərəkatı qalib gəlir (26,1%). İkinci yeri hakim liberal partiyaların “Birgə” koalisiyası (22,2%), üçüncü yeri isə bir neçə ay əvvəl yaradılmış “And və motoristlər” koalisiyası (10,2%) tutub.
Finlandiyada hakim Milli Koalisiya partiyası qalib gəlir (24,8%), Sol Birlik ikinci yerdədir (17,3%) .
Xorvatiyada aşağı seçici fəallığı ilə hakim Xorvatiya Demokratik İcması liderlik edir.