Azərbaycan, Gürcüstan və Ermənistan nə qədər üzüm İSTEHSAL EDİB?

Gürcüstan dünyanın ən böyük üzüm istehsalçıları reytinqində 32-ci yerdə qərarlaşıb.

 

Viral.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatında deyilir.

Son Yazılar:

 

Məlumata görə, 2022-ci ildə ölkədə 287,3 min ton üzüm istehsal edilib. Qeyd olunub ki, bu, Ermənistan (226 min) və Azərbaycandan (213 min) çoxdur, lakin Türkiyə (4,2 milyon) və Rusiyadan (890 min) azdır.

 

Ən böyük 3 üzüm istehsalçısı isə bu ölkələrdir:

 

Çin – 12,7 milyon ton;
İtaliya – 8,4 milyon ton;
Fransa – 6,2 milyon ton.