Baku TV-də Svalbard adası haqqında araşdırma materialı yayımlanıb.
Viral.az xəbər verir ki, Şimal Buzlu okeanda yerləşən bu arxipelaqın digər adı Şpitsbergendir. Svalbard həm də “Qiyamət günü” anbarının olduğu şəhərdir. Nuh peyğəmbərlə bağlı əfsanəyə əsasən, dünyanın ən şimal şəhərində “Qiyamət günü” anbarı tikmək fikri ortaya çıxıb. 1983-cü ildən başlayaraq norveçli mütəxəssislər “Qlobal Toxum Anbarı” layihəsini həyata keçirərək Nuhun tufanından sonrakı həyatı davam etdirən addımı təkrarlayıblar.
Şpitsbergen adasında, buzlaqlar arasındakı iri bir dağın 130 metr altında – mağarada inşa edilən və 9 milyon dollara başa gələn Svalbard Qlobal Toxum Anbarı 2008-ci ilin mart ayından fəaliyyət göstərir. Divarları atom bombasına qarşı davamlı olan anbarda, qlobal istiləşmə və dağıdıcı fəlakətlər baş verəcəyi halda bəşəriyyətin məhv olmaması üçün dünyanın hər bir guşəsindən gətirilən 4 milyon müxtəlif bitki toxumu saxlanılır.
Son Yazılar:
- Burun əməliyyatından sonra komaya düşən Nəzrin vəfat ETDİ
- Rusiya Donetskdə irəliləyir – bir neçə məntəqədə bayraqlar QALDIRILDI
- Sumo üzrə dünya çempionatı Azərbaycanda KEÇİRİLƏCƏK
Bu şəhər haqqında maraqlı məqamlardan biri də Svalbardda övlad dünyaya gətirməyin mümkün olmamasıdır. Çünki buradakı xəstəxana doğum üçün nəzərdə tutulmayıb. Belə bir hal qaçılmaz olarsa, ananı helikopterlə Tromsö şəhərinə aparırlar. Həmçinin Svalbardda dünyasını dəyişənləri də torpağa vermirlər. Səbəb isə odur ki, torpaq buzlaqlardan ibarətdir. İnsanlar burada dəfn olunsalar belə, şaxta torpağın altında olan hər şeyi üzə çıxaracaq. Buna görə də dünyasını dəyişənləri adadan aparırlar.
Ürəyi istəyən hər kəs Svalbardda gəlib yaşaya və işləyə bilər. Bunun üçün Şengen vizası almaq kifayətdir. 2020-ci ilin siyahıyaalınmasına görə, burada 2 939 nəfər yaşayır. Svalbardda hər kəs qonaqdır. Müxtəlif millətlərin nümayəndələri bir yerdə yaşayır və bundan razıdırlar. Adətən özünü axtaran, bu dünyadakı yerini, həyatın mənasını anlamaqda çətinlik çəkənlər Svalbarda üz tuturlar.