Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir.
Viral.az xəbər verir ki, yanvarın 11-də Ərdoğan Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfa şəhərində Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatlarının qurultayında çıxış edib.
Tədbir zamanı türkiyəli müğənni İbrahim Tatlısəs Prezidentə qarşıdan gələn seçkilərdə namizəd olub-olmayacağı ilə bağlı sual verib.
Son Yazılar:
- Burun əməliyyatından sonra komaya düşən Nəzrin vəfat ETDİ
- Rusiya Donetskdə irəliləyir – bir neçə məntəqədə bayraqlar QALDIRILDI
- Sumo üzrə dünya çempionatı Azərbaycanda KEÇİRİLƏCƏK
“Əgər sən varsansa, varam”, – deyə Ərdoğan cavab verib.
Bundan əvvəl Türkiyə liderinin baş müşaviri və Türkiyə Prezident yanında Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Ucum bəyan etmişdi ki, parlament 2027-ci ilin ikinci yarısında növbədənkənar seçkilərin keçirilməsinə qərar verərsə, Ərdoğan yenidən dövlət başçısı postuna namizədliyini irəli sürə bilər.