İrəvanın KTMT-yə pul verməkdən imtinasına Rusiya XİN-in CAVABI

“.Ermənistanın töhfə verməkdən imtina etməsi səbəbindən KTMT-nin 2024-cü il büdcəsinə düzəliş tələb olunur”.

Viral.az xəbər verir ki, bu barədə Rusiya XİN-dən RİA-ya verilən məlumatda deyilir.

Məlumata görə, hazırda Kollektiv Təhlükəsizlik Şurasının müvafiq qərar layihəsi üzərində iş gedir.

Son Yazılar:

Eyni zamanda, töhfənin “yenidən bölüşdürülməsi”ndən söhbət getmir: “Lakin İrəvan Təşkilatın Nizamnaməsinə və digər sənədlərə uyğun olaraq maliyyələşdirmə öhdəliklərini özündə saxlayır”.

Qeyd olunub ki, bu, tərəflərdən birinin üzvlüyünü “dayandırmaq” və ya hətta ona xitam vermək istəyindən asılı olmayaraq “maliyyə intizamı”nın qorunduğu beynəlxalq təşkilatların dünya təcrübəsidir.