Rusiyalı qapıçı Andrey Lunyovla yollarını ayıran “Qarabağ” onun yerini xorvat qolkiperlə dolduracaq.
Viral.az futbolinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubu Portuqaliyanın “Vizela” klubunda çıxış edən Fabiyan Buntiçlə anlaşıb.
27 yaşlı oyunçu bu gün Bakıya gələcək. O, tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Qeyd edək ki, Fabiyan Buntiç Almaniya vətəndaşlığına da sahibdir. 2013-cü ildən “Ştutqart”da yetişən qapıçı bu klubun U-19 komandasına kimi yüksəlib, 2016-cı ildə “İnqolştadt”a keçib. Aşağı dəstə klubunda 6 il keçirən Fabiyan, 2022-ci ildə “Vizela”ya yollanıb. Son mövsümdə bütün turnirlərdə 32 matçda 62 top buraxan Buntiç Xorvatiyanın U-18 və U-19 millilərində çıxış edib.