Fransada müxalifət hökumətə etimadsızlıq səsverməsi tələb edə BİLƏR

Fransada müxalifət hökumətə etimadsızlıq səsverməsi tələb edə BİLƏR

Solçu partiyaların “Yeni Xalq Cəbhəsi” alyansı yanvarın 16-da Fransa Nazirlər Kabinetinə etimadsızlıq səsverməsinə çağıra bilər.

Viral.az xəbər verir ki, bu barədə solçu deputat Erik Kokerel TF1-də bildirib.

Hökumətə etimad göstərməmək üçün müvafiq qətnaməni parlamentin 577 deputatından 289-u dəstəkləməlidir. “Yeni Xalq Cəbhəsi”nin 215 mandatı var və onun demarşı digər partiyaların dəstəyi olmadan uğurlu ola bilməz.

Son Yazılar:

Kokerel sağçı müxalifətin də səsverməyə qoşulacağına ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, Fransua Bayru yanvarın 14-də parlamentdə əsas siyasət vektorlarını açıqlamalıdır. Solçu müxaliflər Baş nazirin siyasi bəyannaməsindən sonra ənənəvi etimad səsverməsinin keçirilməyəcəyi təqdirdə, ona qarşı impiçment prosesinə başlayacaqlarını bildiriblər.

Xəbərləri WhatsApp kanalımızdan oxu