Dördgünlük iş həftəsinə keçilə BİLƏR

Dördgünlük iş həftəsinə keçilə BİLƏR

Rusiyada dördgünlük iş həftəsinə keçmək mümkün olacaq.

Viral.az oxu.az-a istinadən xəbər verir ki, bunu Dövlət Dumasının Əmək Komitəsinin rəhbəri Yaroslav Nilov “RİA Novosti”yə bildirib.

Onun fikrincə, bu, bütün sahələr üçün mümkün olmayacaq, lakin texnoloji inkişafda irəliləyiş prosesi asanlaşdıra bilər.

Son Yazılar:

Nilov misal olaraq evdən işləyə bilməyəcək həkimləri göstərib.

Deputatın fikrincə, iş vaxtının qısaldılması “kimsə tərəfindən nə iləsə kompensasiya edilməlidir” və texnologiya bu funksiyanı öz üzərinə götürə bilər.

“Optimallaşdırma və robotlaşdırma baş verdikdə, süni intellekt bizə əmək məhsuldarlığını və vətəndaşların gəlirlərini artırmağa, və şəxsi iştirakı azaltmağa imkan verəcək”, – Dövlət Dumasının komitə sədri qeyd edib.

Xəbərləri WhatsApp kanalımızdan oxu