İlyas İsmayılovun vəziyyəti açıqlanıb.
Viral.az-ın məlumatına görə, Mərkəzi Klinikadan cavab olaraq bildirilib ki, İlyas İsmayılovun vəziyyəti ağır stabil olaraq qalır.
Klinikadan o da bildirilib ki, İlyas İsmayılovun reanimasiya şöbəsində müalicəsi davam edir.
Son Yazılar:
- Livan prezidenti yeni hökuməti formalaşdırılması ilə bağlı tapşırıq verdi
- Bakıda məşhur klinikanın rəhbəri VƏFAT ETDİ
- Ermənistan parlamentinin deputatı yol qəzasında ÖLDÜ
Qeyd edək ki, bir müddət əvvəl insult keçirən İlyas İsmayılov Mərkəzi Klinikaya yerləşdirilib.
Xatırladaq ki, İlyas İsmayılov 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir (APA).