Ermənistan parlamentinin “Hayastan” fraksiyasından olan deputatı Mher Saakyan yol-nəqliyyat hadisəsində həlak olub.
Viral.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” DİN-in mətbuat xidmətinə istinadən məlumat yayıb.
shamshyan.com kriminal xronika saytının məlumatına görə, deputat bazar günündən axtarışda idi. Qurumun məlumatına görə, 37 yaşlı M.Saakyanın meyiti bu gün Ararat vilayətinin Tiqranaşen kəndi yaxınlığında avtomobilin içində aşkarlanıb.
Son Yazılar:
- Xocalı şəhərinə və Ballıca kəndinə növbəti köçün tarixi AÇIQLANDI
- Qrossi bu tarixdə Rusiyaya səfər EDƏCƏK
- Belarus Azərbaycana yeni səfir təyin ETDİ
İlkin məlumata görə, onun idarə etdiyi “Honda Accord” markalı avtomobili yoldan çıxaraq xəndəyə aşıb.