Yanvarın 15-də Xocalı şəhərinə və Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınacaq.
Viral.az xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, sabah Xocalı şəhərinə 6 ailə (25 nəfər), Ballıca kəndinə isə 18 ailə (92 nəfər) yola salınacaq.
Son Yazılar:
- Ermənistan və ABŞ nüvə enerjisi sahəsində əməkdaşlıq edəcək
- Ermənistan ABŞ-nin başçılıq etdiyi anti-İŞİD koalisiyasına qoşulur
- Xəstəxananın direktoru işdən ÇIXARILDI
Onlar əsasən Bakı, Sumqayıt, Gəncə şəhərləri, eləcə də respublikanın müxtəlif rayonlarında müvvəqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, indiyədək Xocalı şəhərinə 44 ailə, Ballıca kəndinə isə 48 ailə köçürülüb.
Xatırladaq ki, Ballıca kəndinə sonuncu köç dekabrın 27-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində olub.
Həmin gün Ballıca kəndinə 21 ailə(119) nəfər köçürülüb.