Tərtər rayonunun Qaradağlı kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə yanıb.
Bu barədə Viral.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son Yazılar:
- Avropa Məhkəməsi bu söküntüyə görə 2 milyona yaxın təzminat qərarı VERDİ
- Hər kəs əlini Suriyadan çəksin
- Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI
Qeyd edək ki, “unikal” yanan evin Birinci Qarabağ müharibəsi şəhidi Vəli Abbasovun ailəsinə məxsus olduğunu bildirib.
Abbasov Vəli Tapdıq oğlu 1992-ci il aprelin 11-də Ağdərə rayonunun Şıxarx qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.