Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb.
Viral.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Goranboy şəhərində qeydə alınıb. Goranboy şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Diləfruz Məmmədova (şərti ad) rayonun Səfikürd kənd sakini olan 21 yaşlı sevdiyi oğlan tərəfindən evlənmək məqsədilə qaçırılıb.
Faktla bağlı Goranboy rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya və rayon Polis Şöbəsində araşdırma başlanıb.
Son Yazılar:
- Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatdı, mənzillərin açarları təqdim olundu – FOTO
- Ürək əməliyyatı keçirən Xalq şairindən xəbər VAR
- “Çimnaz dedi ki, həkimlər xırda bir şeyə görə başıma oyun açdılar”
***
Goranboyda 10-cu sinif şagirdinin evlənmək məqsədi ilə qaçırılması faktı üzrə araşdırmaya başlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis mayoru Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır: “Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.