ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandası Rusiya qoşunlarını Ukraynadan çıxarmaq üçün iki variant üzərində işləyir.
Viral.az xəbər verir ki, bu barədə “Bloomberg“də yazı dərc edilib.
Biildirilib ki, ölkənin yeni Administrasiyasında vəzifə tutacaq bir sıra şəxslərin tövsiyəsi ilə ərsəyə gətiriləcək bu paket rəsmi Moskvanı danışıqlar masasına sövq etmək xarakteri daşıyır.
Son Yazılar:
- Dünyanın 10 ən yaxşı aviaşirkətinin adı AÇIQLANDI
- Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı
- “Beşiktaş” xorvatiyalı mütəxəssislə anlaşa BİLMƏDİ
Nəşrin yazdığına görə, hər iki tərəfə münaqişənin nizamlanmasına dair bir sıra siyasi təkliflərin verilməsi də təkliflər arasındadır. Daha bir variant isə məhdudiyyətlərin daha da sərtləşdirilməsi yolu ilə təzyiqin artırılmasından ibarətdir:
“Donald Trampın komandasının Rusiyaya qarşı tutduğu belə sərt mövqe neft sənayesi ilə yanaşı, Avropada fəaliyyət göstərən logistika şirkətlərinə, eləcə də onların Çin və Hindistandan olan iri sifarişçilərinə ciddi təsir edəcək. Ağ Evin yeni sahibinin ətrafındakılar ona həmçinin 1 barel neftin 60 dollara satılmasına və Rusiya neftinin dünya bazarlarına çıxarılmasını təşviq etməkdən ibarətdir”.
Müəllif yazır ki, yeni Administrasiya İran və Venesuelaya təzyiqləri artırmaq üzərində də düşünür. Bu məsələdə hətta ortaq mövqenin formalaşdığı da deyilir.
“Onun ilk prezidentlik dövründə bu cür yanaşma İran neftinin dünya bazarlarına çıxarılmasını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdı. Ağ Evin yeni rəhbərliyinin ABŞ-nin Latın Amerikasında baş verən proseslərdə iştirakını təmin edəcəyi, bu regiona qarşı daha sərt siyasi kurs seçəcəyi iddiası da irəli sürülür” – yazıda belə deyilir.