Britaniya Ukraynaya 3 milyard dollar köçürəcək

Britaniya Rusiyanın aktivləri hesabına Ukraynaya 3 milyard dollar köçürəcək

Böyük Britaniya dondurulmuş Rusiya aktivlərinin yenidən investisiya edilməsindən əldə olunan gəlirdən Ukraynaya 3 milyard ABŞ dolları köçürəcək.

Viral.az xəbər verir ki, bu barədə Ukraynanın “İnsayder” nəşri Böyük Britaniyanın Baş naziri Kir Starmerin Kiyevə səfərinin yekunlarına dair məlumatında bildirib.

Daha əvvəl Britaniya KİV bu tranşın Ukraynaya kredit şəklində verilməsinin planlaşdırıldığını və onun dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına ödəniləcəyini bildirmişdi. Eyni zamanda, London Kiyevin əldə edəcəyi vəsaitlə hansı silahları alacağı ilə bağlı veto hüququnu özündə saxlamaq niyyətində idi.

Son Yazılar:

Qeyd edək ki, Böyük Britaniya Qərbdə bloklanan Rusiya aktivlərindən əldə edilən mənfəətdən istifadə edərək Ukraynaya 50 milyard ABŞ dolları dəyərində kredit ayrılmasını öhdəsinə götürən “Böyük yeddilik” üzvlərindən biridir.