O maşını kim sürürdü? – 17 yaşı var İMİŞ

O maşını kim sürürdü? - 17 yaşı var İMİŞ

Xəbər verdiyimiz kimi, ötən gün İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqları vurub.

Viral.az – ın “Qafqazinfo”ya istinadla məlumatına görə, YPX avtomobilinin qarşısına çıxan  “Mercedes” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin sürücülük hüququ olmayıb.

Belə ki, avtomobili 2008-ci il təvəllüdlü Bəylər Bayramov idarə edib. Həmin maşın yeniyetmənin dayısına məxsus olub.

Son Yazılar:

Qeyd edək ki, hadisə nəticəsində həlak olan uşaqlar İmişli rayon Yalavac kənd İ.Səfərov adına tam orta məktəbin şagirdləri olub.