Sosial mediada, yutub kanalarında barələrində ifşaedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən bloqer-jurnalist adı altında pul tələb edən şəxs saxlanılıb.
Viral.az xəbər verir ki, bir neçə şəxsin müraciəti əsasında Cəlilabad rayon sakini – “Baş Kanal Media Group” adlı yutub kanalının təsisçisi Rəşad Şahbazov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.
Son Yazılar:
- 20 il Rusiyadan Ermənistana, oradan da Qarabağa gizli silah daşınıb
- Türkiyə Ukrayna üzrə danışıqlar üçün ideal ölkədir
- Tennis matçı silah səslərinə görə yarımçıq DAYANDIRILDI
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.
Viral.az-ın əldə etdiyi məlumata görə, Rəşad Şahbazov İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun qardaşı oğludur.