Bu gün “Yeni Sabah” xəbər saytının fəaliyyətə başlamasının 6-cı ili tamam olur. Sayt 2019-cu il yanvarın 25-də yaradılıb.
Yenisabah.az-ın fəaliyyətə başladığı dövr ölkədə yüzlərlə xəbər portalının mövcud olduğu, internet media resursları arasında kəskin rəqabətin getdiyi zamana təsadüf etsə də, qısa müddət ərzində tanına bilib.
Hazırda saytı hər gün onminlərlə oxucu ziyarət edir. Google analyiticsin hesablamalarına görə ötən 1 il ərzində saytın ümumilikdə 28 milyon 500 min ziyarətçisi olub.
Son Yazılar:
- Müharibədə itkin düşən azərbaycanlının meyiti tapıldı
- Qarlı havada 39 nəfər xəstəxanalıq OLDU
- Çində yeni koronavirus aşkar EDİLDİ
Saytda cəmiyyətin bütün sosial təbəqələrini maraqlandıracaq xəbərlər, müsahibələr, araşdırma və açıqlamalar yayımlanır.
Viral.az olaraq biz də həmkarlarımızı təbrik edir, onlara bol-bol ziyarətçi və işlərində daimi uğur arzu edirik.