Cəlilabad rayonunun Günəşli kəndi ərazisindəki otlaq sahəsində silah-sursat tapılması barədə polisə məlumat daxil olub.
Viral.az “Report”a istinadən xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd “Kalaşnikov” avtomat, həmin silaha aid patron darağı və 29 ədəd patron aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Bundan əlavə, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində 5 nəfər rayon sakini qanunsuz saxladıqları ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.
Son Yazılar:
- Qarlı yolda mikroavtobus belə aşdı
- Hərbi attaşelər Aviasiya Təmir Zavodunda oldular
- Nurlan Libre həbs OLUNDU
Bu istiqamətdə tədbirlər davam etdirilir.