Azərbaycanın parabadmintonçusu İbrahim Əliyev Misirin paytaxtı Qahirədə təşkil edilən beynəlxalq turniri iki bürünc medalla başa vurub.
Viral.az-ın məlumatına görə, 19 yaşlı gənc idmançı həm təklərin mübarizəsində, həm də türkiyəli Sedat Tumkaya ilə birlikdə çıxış etdiyi qoşa yarışda 2 bürünc mükafata yiyələnib.
İ.Əliyev təklərin qrup mərhələsində misirli və hindistanlı rəqiblərini məğlub edərək 1/8 finala vəsiqə qazanıb. İdmançı ardıcıl iki mərhələdə hindistanlı rəqibləri üzərində qələbə qazanıb və yarımfinaladək irəliləyib.
Son Yazılar:
- Pəhriz saxlayan insanların NƏZƏRİNƏ!
- Bundan sonra toyuq qanadı yeyərkən iki dəfə düşünün
- Bu şəxslərin diqqətli olmaları tövsiyə EDİLİR
Qoşa yarışda isə qrup mərhələsini misirli və hindistanlı rəqibləri üzərində iki qələbə ilə başa vuran İ.Əliyev və S.Tumkaya tandemi 1/4 finalda da hindistanlı rəqiblərini məğlub edib və turniri yarımfinalda başa vurub.
Qeyd edək ki, turnir “Grade 2” kateqoriyasına daxil edilən Beynəlxalq Badminton Federasiyasının təsnifat yarışıdır.