Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Viral.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə vəkil Aqil Layıc Nazim Bəydəmirli barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək həbslə bağlı olmayan qətimkan tədbiri ilə əvəz olunmasını istəyib.
Son Yazılar:
- Məşhur müğənni 18 yaşındakı fotosunu paylaşdı – İzləyicilər böyük maraqla qarşıladı
- Növbəti il fantastik olacaq – Orban
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
Nazim Bəydəmirli heç bir cinayət törətmədiyini, yanlış bir məlumat əsasında həbs edildiyi bildirib.
Həmçinin səhhətində ciddi problemlər olduğunu deyən Nazim Bəydəmirli vəkilinin vəsaitlərinin təmin edilməsini xahiş edib.
Məhkəmə vəsatəti təmin etməyib.
Prosesdə şahidlər iştirak etmədiyi üçün məhkəmə prosesi iyulun 29-na təyin edilib.
Qeyd edək ki, sabiq deputat Nazim Bəydəmirliyə qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi, daha sonra 182.2.2-ci (hədə-qorxu təkrarən tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Qeyd olunub ki, vətəndaş polisə müraciətində N. Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də N. Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N. Bəydəmirli bu müraciət əsasında saxlanılıb.