Qazax rayonunun Ağköynək kəndində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Viral.az-a verilən məlumata görə, dərhal Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin müdaxiləsi sayəsində ümumi sahəsi 300kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Son Yazılar:
- “Maşallah, sənin də yumruğun yaxşıdır”
- İlham Əliyev İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul ETDİ
- Zaqatalada yol-nəqliyyat hadisəsi baş VERDİ
Yanğın nəticəsində altıotaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində bir otağın və dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə yanıb.
Evin böyük hissəsi yanğından mühafizə olunub.