Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 12:30-da Yasamal rayonu, Şəfayət Mehdiyev 269 ünvanında yerləşən 28 saylı seçki məntəqəsindən çağırış daxil olub.
Viral.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Son Yazılar:
- Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
- Bayden Ukraynanı 2026-cı ilə qədər silahla təmin EDİB
- Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq
Məlumata görə, təcili tibbi yardım briqadası 67 yaşlı qadına arterial təzyiqin qalxması diaqnozu ilə yerində yardım göstərib.
Xatırladaq ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləridir. Səsvermə ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 seçki məntəqəsində keçirilir. Bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var və 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Səsvermə 19:00-a qədər davam edəcək.