Bu təhsil müəssisələrində monitorinqlər aparılır

Məktəbdənkənar təhsil müəssisələrində 4 istiqamət üzrə monitorinqlər aparılır.

 

Viral.az xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənkənar Fəaliyyətin təşkili sektorunun müdiri Nilüfər Rəhimova deyib.

Son Yazılar:

 

O bildirib ki, monitorinq çərçivəsində məktəbdənkənar təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili vəziyyəti, tədris pedaqoji sənədlər, kadrlarla işin təşkili, maddi-texniki baza və maliyyə-təsərrüfat sənədləri yoxlanılır.

 

“Cari tədris ili üçün monitorinqlərə 15 iyun tarixdə yekun vurulacaq. Monitorinqlərin yeni tədris ilində də aparılması nəzərdə tutulmuşdur. Monitorinqlərin təşkilində məqsəd məktəbdənkənar təhsil müəssisələrində tədrisin səmərəliliyinin yüksəldilməsi, idarəetmədə effektivliyin artırılması, qrup və dərnəklərdə şagird davamiyyətinin yoxlanılması, pedaqoji kadrların fəaliyyətinə nəzarət mexanizminin qurulmasından ibarətdir. Həmçinin sahənin mövcud vəziyyətinin təhlili, təhlillərə uyğun yeni yanaşlamaların tətbiqidir” – deyə o qeyd edib.