Macarıstan Ukraynadakı NATO missiyasında iştirak etmək istəmir?

İyunun 12-də NATO-nun baş katibi Yens Stoltenberqin Macarıstana səfəri gözlənilir.

Viral.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban “M1″ telekanalına müsahibəsində bildirib.

“İki gündən sonra NATO-nun baş katibi burada olacaq və onunla Macarıstanın NATO-nun Ukraynadakı missiyasında iştirakdan necə imtina edə biləcəyini müzakirə edəcəyik”, – hökumət başçısı bildirib.

Son Yazılar:

Orban daha əvvəl bəyan etmişdi ki, Macarıstan NATO ilə alyansın öz ərazisindən kənarda həyata keçirdiyi hərbi əməliyyatlarda, o cümlədən Ukraynada Rusiyaya qarşı mümkün əməliyyatlarda iştirak etməyəcəyi barədə razılığa gəlmək niyyətindədir. Baş nazirin sözlərinə görə, o, bununla bağlı Stoltenberqlə razılaşma əldə etmək istərdi.

(redaktor.az)