Deputat Azay Quliyev Buxarestə gedir

Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev mayın 28-də Rumıniyanın Buxarest şəhərinə səfər edəcək.

 

Parlamentdən Viral.az-a bildirilib ki, deputat Azay Quliyev səfər çərçivəsində Azərbaycanın 28 may – Müstəqillik Günü münasibətilə ölkəmizin Rumıniyadakı səfirliyinin təşkil etdiyi tədbirlərə qatılacaq.

 

Səfər mayın 31-da başa çatacaq.