Azərbaycanın sumo üzrə milli komandaları Yunanıstanın Lutraki şəhərində keçirilmiş Avropa çempionatında uğurla çıxış ediblər.
Son Yazılar:
- Azərbaycanı Gimnaziadada 18 cüdoçu təmsil EDƏCƏK
- Urmiya gölünün sahəsi 210 kv.km azalıb
- Qızıl bir gündə 86 dollar ucuzlaşdı
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, 21 yaşlılar arasında Abdullah Şərif (85 kiloqram) qızıl, Cavidan Nəhmətov (77 kiloqram) və Fərid Əhmədov (92 kiloqram) isə bürünc medala sahib olublar.
U-23 yaş kateqoriyası üzrə Abdullah Şərif (85 kiloqram) gümüş, Xasay Yusif (115 kiloqram və mütləq çəki) 2 bürünc medal əldə edib.
Digər idmançılardan Cavidan Nəhmətov (77 kiloqram) və Məhəmməd Əliyev (70 kiloqram) bürünc medala layiq görülüblər.
Böyüklər arasında Çingiz Səmədov (100 kiloqram) gümüş, Abdullah Şərif (85 kiloqram) və Rəsul Məmmədzadə (77 kiloqram) bürünc medal qazanıblar. Bu nəticə ilə böyüklərdən ibarət yığma komanda hesabında üçüncü olub.